Xəbərlər
Dəmirçilər kənd körpələr evi uşaq bağçasının kollektivinin Qax turu
21/07/2026, 13:21

Qazax rayonu Zahid Məmmədov adına Dəmirçilər kənd körpələr evi uşaq bağçasının kollektivi EtihiQazax Rayon komitəsinin dəstəyi ilə Azərbaycanın dilbər güşələrindən olan Qax şəhərinə gəzinti təşkil etmişlər, gəzinti zamanı kollektiv üzvləri təbiət qoynunda gözəl bir gün keçirmişlər. İstirahət proqramı iştirakçılara gündəlik iş qayğılarından uzaqlaşaraq dincəlmək, həmkarlar arasında mehriban unsiyyət imkanı yaratmışdı. Kollektiv üzvləri onlar üçün yaradılan şəraitə, göstərilən qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinə minnətdarlıqlarını bildirdilər.






