“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Deqədi kənd məktəbində 65 illik yubiley tədbiri keçirildi

17/04/2026, 16:49
xeber1

Astara rayonu Deqədi kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Mikayılova Zərəfşan İmaməli qızının 65 illik yubileyi münasibətilə məktəbdə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Zərəfşan xanımı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək həyatında xoşbəxtlik arzulamışlar. Onun uzun illər ərzində məktəbdə göstərdiyi zəhmət, məsuliyyətli fəaliyyəti, həmçinin kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi vurğulanmışdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyara xatirə hədiyyəsi təqdim edilmişdir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: