Xəbərlər
DƏYƏR-65 layihəsi çərçivəsində uzun illər təhsilə töhfə vermiş Əhmədova İradə Firdovsi qızını 65 illik yubileyi münasibətilə Göygöl şəhəri İbrahim Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi qarşısında təbrik etdik.
21/10/2025, 16:18

Gənc nəslin yetişdirilməsində göstərdiyiniz fədakar xidmətlərə görə Sizə təşəkkür edirik İradə müəllimə.
Sizə möhkəm can sağlığı, ailə səadəti və gələcək həyatınızda uğurlar arzulayırıq!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi bundan sonra da DƏYƏR - 65 layihəsi çərçivəsində 65 yaşına çatmış hər bir təhsil işçisinin yubileyini uzun illər çalışdığı kollektiv qarşısında təntənəli formada təbrik etməkdə davam edəcək.



