Xəbərlər
Dəyərli həmkarımızın yubileyi münasibətilə təbrik
01/04/2026, 13:50

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin uzun illərdir fədakarlıqla çalışan mühasibi, dəyərli həmkarımız Şəhla Məmmədova Əli qızı 66 illik yubileyini qeyd edir.
Bu münasibətlə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin kollektivi tərəfindən Şəhla xanım təbrik edilmiş, onun uzun illər ərzində göstərdiyi fəaliyyəti və zəhməti yüksək qiymətləndirilmişdir.
Bu əlamətdar gün münasibətilə Şəhla Məmmədova Əli qızını ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy ömrünüz həmişə sevinc, hörmət və minnətdarlıqla dolu olsun.




