Xəbərlər
Dəyərli müəllimin əlamətdar yubileyi

Göyçay şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər pedaqoji fəaliyyət göstərmiş dəyərli müəllimi Xakidan Təranə Mirsadıq qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbir zamanı Təranə müəllimənin təhsilin inkişafındakı xidmətlərindən, gənc nəslin bilikli, vətənpərvər və mənəvi dəyərlərə bağlı yetişdirilməsində göstərdiyi fədakar əməyindən bəhs olunmuşdur.
Məktəbin kollektivi və ETİHİ Göyçay Rayon Komitəsinin nümayəndələri çıxış edərək Təranə müəlliməni əlamətdar yaşı münasibətilə səmimi-qəlbdən təbrik etmiş, ona möhkəm can sağlığı, uzun ömür, gələcək fəaliyyətində uğurlar arzulamışlar. Tədbir xoş ovqat, səmimi sözlər və unudulmaz anlarla yadda qalmışdır.





