Xəbərlər
Didivan gölü ətrafında yerləşən istirahət mərkəzinə səfər
02/07/2026, 20:19

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatçılığı ilə Ağstafa rayon Vurğun qəsəbə tam orta məktəbinin kollektivi Qazax rayonunun füsunkar təbiəti ilə seçilən Didivan gölü ətrafında yerləşən istirahət mərkəzinə səfər etmişdir.
Kollektiv onlara göstərilən diqqət və qayğıya, yaradılan yüksək şəraitə görə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildirərək təşəkkür etmiş, müəllimlərin sosial rifahı və istirahətinin təşkili istiqamətində həyata keçirilən bu cür təşəbbüsləri yüksək qiymətləndirmişdir.





