“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Didvan gölü ətrafına istirahət

27/06/2026, 21:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Köçəsər kənd 1 nömrəli tam orta məktəbin bir qrup ittifaq üzvləri Qazax rayonunun füsunkar guşələrindən biri olan Didvan gölü ətrafına istirahət və ekskursiya məqsədilə maraqlı səfər həyata keçirmişdir.

Təbiətin ecazkar gözəlliyi, saf dağ havası, gur axan Didvan gölünün səsi və yaşıllıqlarla əhatə olunmuş mənzərə kollektiv üzvlərində xoş ovqat yaratmış, hər kəsə gündəlik iş qayğılarından bir qədər uzaqlaşaraq dincəlmək imkanı vermişdir. Belə tədbirlər müəllimlərin mənəvi-psixoloji istirahəti, kollektiv daxilində qarşılıqlı hörmət və dostluq münasibətlərinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Təhsil işçilərinin sağlam və yüksək əhval-ruhiyyədə fəaliyyət göstərməsi onların gələcək iş uğurlarına da müsbət təsir göstərir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: