“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Digah kənd məktəbinin kollektivi Qubada

07/07/2026, 12:48
xeber1

Digah kənd tam orta məktəbi kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunub.


Qubaya təşkil edilən səfər kollektiv üzvləri üçün yaddaqalan anlarla yadda qalıb. İştirakçılar rayonun füsunkar təbiətini seyr edib, səfalı məkanlarında gəzərək həm dincəlib, həm də xoş təəssüratlar əldə ediblər. Səmimi atmosfer və birlikdə keçirilən vaxt kollektiv üzvləri arasında ünsiyyəti daha da gücləndirib.


Ekskursiyanın sonunda iştirakçılar göstərilən diqqət və qayğıya görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini ifadə edərək, bu cür tədbirlərin həm müəllim və işçi heyətinin istirahətinə, həm də kollektiv birliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: