Xəbərlər
Diyallı kənd tam orta ümumtəhsil məktəbin məzunu Şəhid Orxan Lətiflinin doğum günü tədbiri təşkil olundu
21/07/2026, 10:52

19 iyul tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Diyallı kənd tam orta ümumtəhsil məktəbin məzunu Şəhid Orxan Lətiflinin doğum günü tədbiri təşkil olundu. Tədbirdə RİH -nin , İDHTK- nin, Təhsil Sektorunun nümayəndələri, məktəb kollektivi ,şagird və müəllimləri , kənd və rayon ictimaiyyət nümayəndələri, təhsil işçiləri və digər təşkilatların üzvləri iştirak etdilər. Şəhidin məzarı ziyarət olundu , onun haqqında xatirələr , igidliyi barədə danışıldı. Şagirdlər tərəfindən şeirlər , kompozisiyalar səsləndirildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Heç kim unudulmur, Heç nə yaddan çıxmır!








