Xəbərlər
Diyallı kənd tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olmuş şagirdlər və onların müəllimlərilə görüş keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Diyallı kənd tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olmuş şagirdlər və onların müəllimlərilə görüş keçirildi. Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri və valideynlər iştirak etdilər. RFO -nın finalında uğur qazanaraq Gümüş medala layiq görülmüş şagirdlər və onların Azərbaycan dili və ədəbiyyatı fənn müəllimi Səmədova Gülnar müəllimə səmimi alqışlarla qarşılandı. Çıxış edənlər qalib şagirdlər və onların müəllimi haqqında xoş sözlər söylədilər və gələcək fəailiyyətlərində daha böyük uğurlar qazanmağı arzuladılar. Şagirdləri dəfələrlə RFO - nın final mərhələsində qalib olduğuna görə Səmədova Gülnar müəllimə ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı. Qalib şagirdləri Rayon Komitəsi və Sektor tərəfindən ümumrayon toplantısında mükafatlandırılması qərara alındı. Kənd məktəbləri arasında RFO - nın final mərhələsində öz fəallığı ilə seçilən istedadlı şagirdlərin yetişdirilməsində xüsusi əməyi olan Diyallı kənd tam orta ümumtəhsil məktəbinin kollektivini təbrik edirik.














