“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Dizayn Həftəsi”nin rəsmi açılışı keçirilib

29/04/2026, 17:21
xeber1

 Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Dizayn fakültəsinin təşkilatçılığı ilə “Dizayn Həftəsi”nin rəsmi açılış mərasimi keçirilib.


Tədbirdə universitet rəhbərliyi, tərəfdaş qurumların nümayəndələri, qonaqlar, müəllimlər və tələbələr iştirak ediblər.

 

Açılışda “Dizayn Həftəsi”nin tələbələrin yaradıcılıq potensialının inkişafı, yeni ideyaların dəstəklənməsi, müasir dizayn yanaşmalarının təbliği və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirin keçirilməsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi qeyd olunub. Bildirilib ki, bu cür tədbirlər gənclərin peşəkar formalaşmasına və yaradıcı sənayenin inkişafına mühüm töhfə verir.

 

Qeyd edək ki, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində təşkil olunan “Dizayn Həftəsi” gələcək dizaynerlərin yaradıcılıq imkanlarının genişləndirilməsi, yeni istedadların tanıdılması və ölkəmizdə yaradıcı düşüncəyə əsaslanan peşəkar mühitin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: