“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qaradağ RK İdman Turniri

10/12/2025, 12:21
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin dəstəyi ilə Zəfərimizin 5 illiyinə həsr olunmuş Qaradağ Rayon Komitəsi xidmətində olan məktəblər arasında idman turniri təşkil edilmişdir.

Turnirin əsas məqsədi müəllimlərdə fiziki aktivliyi artırmaq, sağlam rəqabət mədəniyyətini inkişaf etdirmək və təhsil ictimaiyyətində əməkdaşlıq və həmrəylik mühitinə töhfə vermək olmuşdur. Bu münasibətlə keçirilən yarışlarda müxtəlif məktəblərin müəllim komandaları basketbol, voleybol, futbol, stolüstü tennis, şahmat və dama üzrə öz bacarıqlarını nümayiş etdirmişlər.

Turnirin sonunda Qaradağ Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən qalib komandaların uyğun olaraq I, II və III yerlərə layiq görülmüş iştirakçılarına medal və komandalara kubok təqdim olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: