Xəbərlər
İdman turniri
15/02/2026, 19:58

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin dəstəyi ilə Qaradağ Rayon Komitəsi xidmətində olan məktəblər arasında idman turniri təşkil edilmişdir.
Turnirin əsas məqsədi müəllimlərdə fiziki aktivliyi artırmaq, sağlam rəqabət mədəniyyətini inkişaf etdirmək və təhsil ictimaiyyətində əməkdaşlıq və həmrəylik mühitinə töhfə vermək olmuşdur. Bu münasibətlə keçirilən yarışlarda müxtəlif məktəblərin müəllim komandaları stolüstü tennis, şahmat və dama üzrə öz bacarıqlarını nümayiş etdirmişlər.
Turnirin sonunda Qaradağ Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən qalib komandaların uyğun olaraq I, II və III yerlərə layiq görülmüş iştirakçılarına medal və diplom təqdim olunmuşdur.





















