Xəbərlər
İdman turnirin qalib həmkarları ilə Səhər yeməyi təşkil edilib

Bugün Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının Səbail Rayon Komitəsinin üzv təşkilatları, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Bakı şəhərinin ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında keçirilən "Basketbol" idmanı üzrə yarışların qalibləri, Səbail Rayon Komitəsinin Komandasının üzvləri ilə səhər yeməyi təşkil edilib.
Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri şöbəsinin aparıcı mütəxəssisi Nadir Əliyev, ETİHİ Səbail Rayon Komitəsinin sədri Leyla Baxşiyeva tərəfindən qaliblərə təşəkkürnamələr, medallar və Kubok təqdim edilib. Tədbir zamanı ETİHİ Səbail RK-ın mədəni-kütləvi və idman komissiyasının fəaliyyəti və idman sahəsində üzv təhsil müəssisələrlə 2026-cı ildə fəaliyyət planlarına uyğun planlaşdırılmış tədbirlər və yeni layihələrlə bağlı fikir mübadiləsi aparılıb.









