“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İdman yarışlarının yekun tədbiri

01/05/2026, 11:40
xeber1

30 aprel 2026-cı tarixində 74 nömrəli tam orta məktəbin akt zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən idman yarışlarının Sabunçu rayon turunun yekun mərhələsi üzrə mükafatlandırma tədbiri keçirildi.Tədbirə başlamazdan öncə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin sədri Alı Məmmədov tədbir iştirakçılarını salamladı. Yarışlarda qalib və iştirakçı olan ittifaq üzvlərini təbrik etdi.Tədbirin sonunda müxtəlif təşkilatlardan olan 111 nəfər qalib və iştirakçı pul mükafatı və diplomla təltif olundu. Qalibləri təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: