Xəbərlər
Doğum günü münasibəti ilə təbrik
23/02/2026, 17:17

Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının dəyərli müdiri Kərimova Nazlı Cavid qızı ad günü münasibətilə təbrik olunub.
Bu əlamətdar gündə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin əməkdaşı tərəfindən xoş arzular çatdırılıb, ona möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətində davamlı uğurlar və yeni nailiyyətlər dilənilib.
Nazlı xanımın rəhbərliyi ilə bağçada formalaşan sağlam və qayğıkeş mühit körpələrin hərtərəfli inkişafına öz töhfəsini verir. Bu isə ən böyük uğurdur!
Ad gününüz mübarək, uğurlarınız bol, sevinciniz daim olsun!





