“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Doğum gününüz mübarək

14/05/2026, 17:48
xeber1

Göyçay rayon D. Məmmədov adına Çaxırlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru Məhərrəmova Günel xanımın doğum günüdür.


Bu xoş və əlamətdar gün münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi adından hörmətli Günel xanımı səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, xoşbəxt və firavan həyat arzulayırıq.


İnsan həyatında müəllimlik və təhsil sahəsində çalışmaq böyük məsuliyyət, yüksək zəhmət və sonsuz fədakarlıq tələb edir. Siz də uzun illərdir ki, təhsilimizin inkişafı, gənc nəslin savadlı, vətənpərvər və bilikli yetişməsi naminə yorulmadan fəaliyyət göstərir, öz bilik və təcrübənizlə təhsil ictimaiyyətində dərin hörmət qazanırsınız. Məktəb rəhbəri kimi göstərdiyiniz nümunəvi fəaliyyət, kollektivə olan diqqət və qayğınız hər zaman yüksək qiymətləndirilir.


Arzu edirik ki, bundan sonrakı həyat yolunuzda da yeni uğurlar, sevincli günlər və gözəl nailiyyətlər sizin daimi yol yoldaşınız olsun. Çalışdığınız müqəddəs təhsil yolunda daim zirvələr fəth edəsiniz, yetirmələrinizin uğurları sizə qürur və sevinc bəxş etsin.


Qoy həyatınız hər zaman nur, sevgi, sevinc və xoş anlarla zəngin olsun. Yeni yaşınız sizə yeni uğurlar, tükənməz enerji və bol-bol xoşbəxtlik gətirsin!


Doğum gününüz mübarək!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: