Xəbərlər
Dosent Maya Qasımovanın 60 illik yubileyi HİK tərəfindən qeyd olunub.

Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Maya Rəhim qızı Qasımovanın 60 illik yubileyi münasibətilə təltif mərasimi keçirilib.
Universitetdə 31 illik əmək fəaliyyəti ilə zəngin təcrübə qazanmış Maya Qasımova elmi-pedaqoji fəaliyyəti, beynəlxalq konfrans və seminarlardakı məruzələri, eləcə də gənc nəslin təlim-tərbiyəsi və pedaqoji kadrların yetişdirilməsi istiqamətində xidmətləri ilə seçilir.
O, uzun illər ərzində öz peşəkarlığı, məsuliyyətli fəaliyyəti və universitetin, Filologiya fakültəsinin ictimai həyatında fəal iştirakı ilə kollektivin hörmətini qazanıb.60 illik yubileyi münasibətilə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Maya Qasımovaya Fəxri fərman, gül dəstəsi və pul mükafatı təqdim olunub. Bu təltif onun uzunmüddətli səmərəli əməyinə, elmi-pedaqoji fəaliyyətinə və universitet həyatına verdiyi töhfələrə göstərilən ehtiramın ifadəsidir.
Maya xanımı əlamətdar yubileyi münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində nailiyyətlər və yeni-yeni uğurlar arzulayırıq!



