Xəbərlər
Dövlət Müstəqilliyimiz milli qürurumuzdur

Azərbaycanımızın müstəqilliyi əbədi olsun!
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Ağcabədi rayon Vaqif Cəfərov adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirildi
Məktəbin həmkarlar təşkilatının sədri Vəkiyeva Sahibə müəllimin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə məktəbin direktoru və Həmkarlar İttifaqının üzvüləri çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən danışdı
Məktəbdə şagirdlərin Vətənə məhəbbət, dövlətə sədaqət və milli qürur ruhunda tərbiyə olunmasının vacibliyi xüsusi vurğulandı










