Xəbərlər
"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibəti ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin adını daşıyan siniflərdə şəhidlərimizin ailə üzvləri ilə şagirdlərin görüşü təşkil olundu.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru Eyvazlılar kənd ümumi orta ümumtəhsil məktəbində "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibəti ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin adını daşıyan siniflərdə şəhidlərimizin ailə üzvləri ilə şagirdlərin görüşü təşkil olundu.
Tədbirdə Goranboy-Naftalan təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Goranboy Rayon komitəsinin sədri Kamil Baxşəliyev, şəhid ailələri, təhsil sektorunun əməkdaşları və müəllimlər iştirak etdilər.
Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar haqqında tədbir iştirakçılarına məlumat verərək, şagirdləri "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə təbrik etdilər. Tədbirdə şagirdlərin təqdimatında vətənpərvərlik ruhunda şeirlər səsləndirildi.











