“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi.

30/12/2025, 09:51
xeber1

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə,Ağdam,Füzuli,Ağcabədi,Şuşa,Tərtər,Xocavənd və Xocalı rayonlarının təşkilatcılıqı ilə tədbir keçirildi.Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli və rayonlar üzrə təhsil sektorunun müdirləri və təhsil işçiləri iştirak etdilər..Tədbirdə çıxış edənlər bu əlamətdar günlərin xalqımızın birlik, həmrəylik və milli dəyərlərimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladılar.Təhsil işçilərini Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik etdilər, onlara möhkəm can sağlığı və peşə fəaliyyətlərində uğurlar arzuladılar.Yeni İl sevincinin və Həmrəylik ruhunun birləşdiyi bu bayram tədbiri xoş əhval-ruhiyyə şəraitində keçdi. Təhsil işçiləri ilə bir arada olmaq, onlarla səmimi ünsiyyət qurmaq, bayram ovqatını bölüşmək tədbirə xüsusi mənəvi dəyər qatdı və iştirakçılarda xoş təəssüratlar yaratdı.Tədbir çərçivəsində viktorinalar təşkil olundu, qaliblərə hədiyyələr təqdim edildi.Sonda tədbir iştirakcıları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: