“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirlər keçirilib

27/12/2025, 09:54
xeber1

Qəbələ rayonu İlham Abdulkərimov adına Nohurqışlaq kənd tam orta və Nic qəsəbəsi 4 nömrəli tam orta ümumtəhsil məktəblərində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tədbirlər keçirilib.Tədbirlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, sektorun məsləhətçisi Məlahət Hüseynova, ETİHİ-nin Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, məktəblərin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixindən, əhəmiyyətindən, bu sahədə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndərin təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsinə geniş imkanlar yaradıb.

Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu savaşda xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.

Tədbir çərçivəsində şagirdlər tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: