Xəbərlər
Dursun Abbasovanı 65 illik yubileyi münasibətilə evində ziyarət edildi
28/10/2026, 15:04

27 oktyabr 2026-cı il tarixində Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İmişli rayon komitəsinin sədri Kərim Kərimov İmişli rayonu Azər Mejdunov adına Murğuzalılı kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Dursun Abbasova Şəmil qızının 65 illik yubileyi münasibətilə evində ziyarət ediblər.
Ziyarət zamanı Dursun Abbasova yubileyi münasibətilə təbrik edən qonaqlar ona gül dəstəsi təqdim edib, səmimi söhbət aparıb və qayğıları, problemləri ilə maraqlanıldı.






