Xəbərlər
E. Məmmədov adına şəhər 3 nömrəli məktəb liseydə məktəbin məzunu şəhid polkovnik -leytenant Seymur Zülfüqarovun anım günü keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına şəhər 3 nömrəli məktəb liseydə məktəbin məzunu şəhid polkovnik -leytenant Seymur Zülfüqarovun anım günü keçirildi. Anım tədbirində YAP İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, ETİHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı rayon təhsil sektorunun müdiri Rəşid Məmmədov və şəhidin ailə üzvləri iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə şəhidlərə həsr olunmuş abidə kompleksini ziyarət etdilər və önünə gül dəstələri qoydular.
Məktəbin şagirdləri vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Şəhid
polkovnik - leytenant Seymur Zülfüqarovun keçdiyi şərəfli ömür yolu haqqında şagirdlərə məlumat verildi, video film nümayiş etdirildi.
Allah bütün şəhidlərə rəhmət eləsin!!!























