Xəbərlər
E. Məmmədov adına şəhər 3 nömrəli məktəb liseydə uzun müddət pedaqoji fəaliyyət göstərən Rəna Əliyevanın 60 illik yubileyi qeyd olundu.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E. Məmmədov adına şəhər 3 nömrəli məktəb liseydə uzun müddət pedaqoji fəaliyyət göstərən Rəna Əliyevanın 60 illik yubileyi qeyd olundu.Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Yubilyara kollektiv üzvlərinin xoş arzuları, səhhətində sağlamlıq və işində müvəffəqiyyətlər arzulandı..
Rəna müəllim ETİHİ İsmayıllı rayon komitəsi və məktəb rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olundu.
Rayonun təhsil ictimaiyyəti adından Rəna Əliyevanı yubiley yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona sağlam ömür və uğurlar arzulayırıq.










