Xəbərlər
Ədalət Feyzullayev 70 illik yubileyi münasibətilə mükafatlandırılıb

Göyçayda uzunillik əmək fəaliyyəti ilə seçilən təhsil işçisinin yubileyi qeyd olunub
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay Rayon Təhsil Sektorunun Təsərrüfat-İstismar Qrupunda mühəndis vəzifəsində çalışan Feyzullayev Ədalət İbadulla oğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində Ədalət Feyzullayevin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli əmək fəaliyyəti, peşəkarlığı, məsuliyyətli və işgüzar fəaliyyəti xüsusi vurğulanıb.
Bildirilib ki, uzunmüddətli əmək fəaliyyəti dövründə öz işinə daim məsuliyyətlə yanaşan Ədalət Feyzullayev kollektivdə peşəkarlığı, intizamı və əməkdaşları ilə səmimi münasibətləri ilə seçilib. Onun fəaliyyət göstərdiyi müddətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi, təsərrüfat və istismar işlərinin düzgün təşkili istiqamətində göstərdiyi xidmətlər təqdirəlayiqdir.
Tədbirdə çıxış edənlər yubilyarı əlamətdar 70 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd olunub ki, yaşından və əmək stajından asılı olmayaraq hər bir əməkdaşın fəaliyyətinin yüksək qiymətləndirilməsi kollektivdə sağlam iş mühitinin və qarşılıqlı hörmətin formalaşmasına mühüm töhfə verir.
70 illik yubileyi münasibətilə Feyzullayev Ədalət İbadulla oğlu Göyçay Rayon Təhsil Sektoru adından mükafatlandırılıb. Ona müvafiq mükafat və xatirə hədiyyəsi təqdim olunub.
Sonda yubilyara bir daha möhkəm cansağlığı, firavan həyat, ailə xoşbəxtliyi və uzun illər ərzində qazandığı zəngin əmək təcrübəsini gənc həmkarları ilə bölüşərək fəaliyyətini uğurla davam etdirməsi arzulənib.
Ədalət müəllim, 70 illik yubileyiniz mübarək! Sizə uzun ömür, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!




