“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əhliman Qasımov adına Qayalı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı və Qəbələyə ekskursiya təşkil olunub

16/07/2026, 16:06
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Əhliman Qasımov adına Qayalı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı və Qəbələ rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanışlığın təmin edilməsi olub.

Səfər çərçivəsində iştirakçılar İsmayıllının əsrarəngiz təbiət mənzərələrini seyr edib, Qəbələnin görməli yerlərini ziyarət edərək bölgənin turizm imkanları ilə yaxından tanış olublar. Ekskursiya kollektiv üzvlərinə xoş istirahət etməklə yanaşı, yeni təəssüratlar qazanmaq və səmimi ünsiyyət mühitində vaxt keçirmək imkanı yaradıb.

Səfərin sonunda kollektiv üzvləri göstərilən diqqət və qayğıya, yüksək səviyyədə təşkil olunmuş ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin təhsil işçilərinin sosial rifahına və motivasiyasına müsbət təsir göstərdiyini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: