Xəbərlər
Ekskursiya təşkil olundu
21/10/2025, 14:15

6 iyul 2025-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının dəstəyi ilə TTFT liseyin pedaqoji kollektivi üçün maarifləndirici və istirahət yönümlü ekskursiya təşkil edilmişdir.
Ekskursiya Göygöl rayonunun dilbər guşələrində müəllimlərimizin məzuniyyət günlərini səmərəli və mənalı keçirmələrinə şərait yaratmışdır. Bu cür tədbirlər pedaqoji kollektivin işgüzar və dostluq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlıq və həmrəylik mühitinin daha da güclənməsinə xidmət edir.
Göstərilən diqqət və dəstəyə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına dərin minnətdarlığımızı bildiririk.
#GDRTİ #GöygölRTS #Təhsilİşçiləri #Həmkarlarİttifaqı #Ekskursiya













