Xəbərlər
"Əlaçı" verilişinin qalibi ilə görüş keçirilib.

ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki-təbiət təmayüllü liseyin şagirdi , "Əlaçı" verilişinin qalibi Rəvan Oqtay oğlu Nadirovla görüsərək onu möhtəşəm qələbə münasibətilə təbrik edib, qalibi Fəxri Fərman və hədiyyə ilə təltif edib.
Komitə sədri bildirib ki , bu qələbə Rəvanın bilik və bacarığının, əzmkarlığının, zəhmətinin və özünə inamının parlaq təzahürüdür. O, nümayiş etdirdiyi yüksək intellekt və dünyagörüşü ilə yalnız özünə deyil, ailəsinə, müəllimlərinə və təhsil aldığı məktəbə də böyük sevinc və qürur yaşadıb.
Aynur Əsgərova qeyd edib ki, bu uğur onun gələcək nailiyyətlərinin yalnız başlanğıcıdır.
Yolun daim açıq, hədəflərin uca, qələbələrin bol olsun, Rəvan!
Sənə parlaq gələcək və yeni-yeni zirvələr arzulayırıq!





