Xəbərlər
“Əlaçı” verilişinin qalibi – Neftçala məktəblisi olub
03/03/2026, 09:19

“Əlaçı” verilişinin qalibi – Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Ələkbərzadə Malik Emin oğlu olub.
Malik yalnız televiziya layihəsində deyil, elm sahəsində də öz parlaq nailiyyətləri ilə seçilib. O, Respublika Fənn Olimpiadasında coğrafiya fənni üzrə həm gümüş, həm də qızıl medal qazanaraq yüksək bilik və zəhmətinin bəhrəsini nümayiş etdirib.
Bu uğur əzmin, zəhmətin və məqsədyönlü çalışmanın nəticəsidir.
Qalib şagirdimizi, onun zəhmətkeş müəllimlərini və qürurlu valideynlərini ürəkdən təbrik edir, növbəti müsabiqə və yarışlarda yeni-yeni zirvələr fəth etməyi arzulayırıq!




