“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əlamətdar 65 illik yubiley

03/02/2026, 15:58
xeber1

Müəllim cəmiyyətin formalaşmasında mühüm rol oynayan, bilik və dəyərləri gələcək nəsillərə ötürən müqəddəs peşə sahibidir. Onun zəhmətinin nəticəsi zaman keçdikcə daha aydın görünür, yetişdirdiyi şagirdlərin uğurlarında öz əksini tapır.

9 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Seyran Mirzəhüseyn qızının 65 yaş yubileyi münasibətilə görüş təşkil olunmuşdur. Görüşdə müəllimənin uzunillik pedaqoji fəaliyyəti, məsuliyyətli işi və şagirdlərə göstərdiyi diqqət vurğulanmışdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi olaraq Seyran müəlliməni əlamətdar günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və firavan günlər arzulayırıq.

Görüşün sonunda yubilyara gül dəstəsi, təşəkkürnamə və qiymətli hədiyyə təqdim olundu.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: