“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Əlçatanlığın ən asan və müasir üsulu – E-AHİK platforması

10/08/2026, 12:35
xeber1

Təhsil işçilərinin yay istirahəti davam edir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarında çalışan ittifaq üzvləri yay istirahət günlərində https://www.e-ahik platformasından istifadə etməklə müxtəlif sanatoriya və kurortlarda istirahət etmək imkanından yararlanırlar.

İstirahətdən faydalanan həmkarlarımız onlara yaradılan şəraitdən məmnunluqlarını ifadə edir, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon Komitəsinə öz dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Qeyd olunur ki, ittifaq üzvlərinin sosial rifahının və istirahət imkanlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər həmkarlarımız tərəfindən yüksək qiymətləndirilir.

Belə istirahət edənlərdən bir qrupu Qıraq Kəsəmən kənd tam orta məktəbinin müəllimləri Yaqut Kəsəməli və Vüqar Vəliyev olub. Müəllimlər yaradılan imkanlardan razı qaldıqlarını bildirərək qeyd ediblər ki, Həmkarlar İttifaqı hərəkatında son dövrlərdə müsbət istiqamətdə ciddi irəliləyişlər göz önündədir.

Ittifaq üzvləri göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına, eləcə də Ağstafa Rayon Komitəsinə öz dərin təşəkkür və minnətdarlıqlarını ifadə ediblər.

Həmkarımızın məmnuniyyəti bizim üçün ən böyük dəyərdir!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: