“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə təntənəli tədbir keçirilmişdir.

04/10/2025, 15:20
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə təntənəli tədbir keçirilmişdir.

Tədbirdə Astara rayonu üzrə Təhsil Sektorunun müdiri Xədicə Əliyeva, Astara Pedaqoji Kollecinin müəllimi, şəhid Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin sədri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Lerik Rayon Komitəsinin sədri, eləcə də rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin müəllimləri və qocaman pedaqoqlar iştirak etmişlər.

Bu əlamətdar günü daha mənalı və unudulmaz etmək məqsədilə komitə tərəfindən Astara təhsil işçiləri üçün bayram süfrəsi təşkil olunmuş, həmkarlarımız bir araya gələrək peşə bayramlarını birlikdə qeyd etmiş və xoş anlar bölüşmüşlər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi adından bütün müəllimlərə möhkəm can sağlığı, ailə səadəti və peşə fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

Qoy əməklərinizin bəhrəsi hər zaman sevinc, hörmət və minnətdarlıqla dəyərləndirilsin!

Tədbirin sonunda iştirakçılar, göstərilən diqqət və qayğıya görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: