Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən ittifaq üzvləri üçün silsilə Yubiley tədbirləri keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Astara rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan ittifaq üzvlərinin silsilə Yubiley tədbirləri keçirilərək, onlara fəxri fərman və qiymətli hədiyyələr veilmişdir. Bu tədbirlər çərçivəsində uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş pedaqoqların əməyi yüksək qiymətləndirilmiş, onların təhsilin inkişafına verdikləri töhfələr xüsusi vurğulanmışdır.
Yubiley tədbirlərində İlk Həmkarlar təşkilatənən sədrləri, məktəb rəhbərləri və müəllim kollektivi iştirak etmiş, yubilyarlarla bağlı xatirələr bölüşülmüş, xoş arzular səsləndirilmişdir.
Tədbirlər iştirakçılar arasında həmrəyliyi möhkəmləndirmiş, müəllimlərin ictimai nüfuzunun artırılmasına müsbət təsir göstərmişdir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin təşəbbüsü ilə keçirilən bu cür tədbirlər gələcəkdə də davam etdirilməsi planlaşdırılır.














