Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun təhsil işçiləri üçün ziyafət süfrəsi təşkil olunmuşdur.

Tədbirdə Bərdə Təhsil Sektoru,Dövlət Peşə Təhsil Mərkəzi,Bərdə Dövlət İdarəetmə Texnologiya Kollecinin müəllimləri və rayonun ümumtəhsil müəssisələrində səmərəli fəaliyyəti ilə fərqlənən müəllimlər iştirak etmişdir.
İlk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir çərçivəsində fəal iştiraklarına görə şagirdlərə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən fəxri fərmanlar təltif olunmuş və daha sonra isə bədii-musiqili proqramla davam etmişdir.
Sonda cıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.







