“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsindən növbəti görüş

24/10/2025, 17:40
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsindən növbəti görüş

 Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova Göyçay rayonu Ləkçıplaq kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində oldu.

  Görüş zamanı məktəbin pedaqoji kollektivi ilə səmərəli fikir mübadiləsi aparıldı, müəllimlərin tədris prosesi ilə bağlı təklif və fikirləri dinlənildi. Daha sonra məktəbin fəaliyyəti və dərnəklərlə tanışlıq həyata keçirildi.

  Hazırda məktəbdə bir sıra istiqamətlər üzrə dərnəklər uğurla fəaliyyət göstərir:

Məntiqi Riyaziyyat 

Gənc Riyaziyyatçılar 

Rus Dili

Tarix

 Bu dərnəklər şagirdlərin biliklərinin artırılmasına, dünyagörüşlərinin genişlənməsinə və fənlərə maraqlarının yüksəldilməsinə mühüm töhfə verir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: