“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin hüquqi maarifləndirilməsi ilə bağlı tədbir təşkil edib.

21/10/2025, 16:16
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsi tərəfindən təhsil işçilərinin hüquqi maarifləndirmə işinin təşkili məqsədilə növbəti tədbir keçirilib.

Tədbirdə Göygöl rayonunda fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələrinin direktorları iştirak ediblər. Görüş zamanı kollektivlərdə çalışan təhsil işçilərinin layiqli əməyinin təmin olunması, rəğbətləndirmə mexanizmləri kimi mövzular müzakirə olunub.

Həmçinin, tədbirdə işçilərin mütəmadi tibbi müayinəsinin aparılması, müəssisələrdə əməyin təhlükəsizliyinin təmin olunması ilə bağlı təkliflər irəli sürülüb.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil müəssisələrinin rəhbərləri ilə bu cür görüşləri mütəmadi olaraq davam etdirəcək.

Məsul şəxs:

Elnur Hacıyev – ETİHİ Göygöl Rayon Komitəsinin sədri


Əlaqə nömrəsi: +994 50 273 63 36

Elektron ünvan: goygol-hik@etihi.org

#AHİK


#ETİHİ

#ETİHİGöygölRayonKomitəsi

#MÜTDA

#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi

#Göygölrayonuüzrətəhsilsektoru

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: