“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə məktəb psixoloqları üçün “Təhsildə inklüzivlik” mövzusunda təlim keçirilib.

21/10/2025, 16:32
xeber1

Təlim zamanı məktəb psixoloqlarına inklüziv təhsilin mahiyyəti, prinsipləri və bu sahədə psixoloqun rolu barədə geniş məlumat verilib. Mövzunu psixoloq-mütəxəssis Lamiya Hacımuradova təqdim edib.

Çay-kofe fasiləsindən sonra təlim Elnur Hacıyevin təqdimatı ilə davam etdirilib. Təqdimatda “Psixoloq–müəllim–valideyn əməkdaşlığının effektiv yolları” və “İnklüziv mühitin formalaşdırılması üçün fəaliyyət planı” mövzuları əhatə olunub.

Təlimin məqsədi məktəb psixoloqlarının inklüziv təhsil prosesində bilik və bacarıqlarını artırmaq, pedaqoji kollektiv, valideynlər və şagirdlər arasında əməkdaşlığı gücləndirmək, həmçinin inklüziv mühitin yaradılması istiqamətində praktik yanaşmaları dəstəkləmək olub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən bundan sonra da bu kimi maarifləndirici təlimlər davam etdiriləcək və təhsil işçilərinə metodiki dəstək göstəriləcək.

#Təhsildəİnklüzivlik

#MəktəbPsixoloqları

#İnklüzivMühit

#ValideynMüəllimPsixoloq

#GöygöldəTəhsil

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: