“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı hər il sosial yönümlü proqramları çərçivəsində şəhid övladlarının məktəbli formaları ilə təmin olunmasını təşkil edir.

10/09/2025, 12:44
xeber1

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarəti altında bu məsələ ilə bağlı ən yüksək səviyyədə müvafiq göstərişlər verilir, həmçinin bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bu məqsədyönlü dövlət siyasətinə dəstək olaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı hər il sosial yönümlü proqramları çərçivəsində şəhid övladlarının məktəbli formaları ilə təmin olunmasını təşkil edir.

Səbail Rayon Komitəsi adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və ETİHİ Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

Sosial şəbəkələrdə paylaş: