Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsim Rayon Komitəsində 03.10.2025-ci il tarixində əlamətdar gün qeyd olunmuşdur.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon komitəsində 03.10.2025-ci il tarixində əlamətdar gün qeyd olunmuşdur.
Belə ki, pedaqoji fəaliyyətində böyük xidmətləri ilə seçilən hörmətli müəllimlərimizin 65 illik yubileyi, eyni zamanda sertifikasiya imtahanlarında yüksək nəticə göstərmiş gənc müəllimlərimiz üçün təntənəli tədbir təşkil olunmuşdur. Onların bilik və peşəkarlıqla göstərmiş olduqları fədakar fəaliyyət gənc nəslin təlim,tərbiyəsində mühüm rol oynayır. Müəllimlərimizin timsalında 5 Oktyabr Müəllimlər Günü ETİHİ Nəsimi Rayon komitəsinin sədri Reyhan Ocaqova tərəfindən təbrik edilmiş, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin salamları və xoş sözləri müəllimlərimizə çatdırılmışdır. Tədbir çay süfrəsi ətrafında davam etmişdir. Göstərilən diqqət qayğıya görə müəllimlər ETİHİ Respublika komitəsinə və ETİHİ Nəsimi Rayon komandasına dərin minnətdarlıqlarını bildirmişlər.































