Xəbərlər
ELM VƏ TƏHSİL İŞÇİLƏRİ HƏMKARLAR İTTİFAQI NƏSİMİ RAYON KOMİTƏSİNDƏ BEYNƏLXALQ LAYİQLİ ƏMƏK GÜNÜ QEYD OLUNUB.

Nəsimi Rayonunda Beynəlxalq Layiqli Əmək Günü qeyd olunub
7 oktyabr – Beynəlxalq Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsi tərəfindən tədbir keçirilib. Tədbirdə üzv təkilatların ilk həmkar sədrləri,ittifaq üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ETİHİ Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova iştirakçıları Beynəlxalq Layiqli Əmək Günü münasibətilə təbrik edib və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını çatdırmışdır. O qeyd edib ki, “Layiqli Əmək” anlayışı insan ləyaqətinə hörmət, ədalətli əmək münasibətləri, sosial təminat və bərabər imkanların təmin olunması kimi dəyərləri özündə birləşdirir. Reyhan Ocaqova bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və işçi hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar bu prinsiplərə uyğunluğun bariz nümunəsidir.
Daha sonra çıxış edən ETİHİ Nəsimi Rayon Komitəsinin mütəxəssisi Pərvanə Əsədova “Layiqli Əməyin mahiyyəti və təhsildə əhəmiyyəti” mövzusunda danışaraq vurğulayıb ki, hər bir təhsil işçisinin əməyinə dəyər verilməsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, həmçinin müəllim nüfuzunun qorunması layiqli əməyin əsas tərkib hissəsidir. O, həmkarlar ittifaqlarının bu istiqamətdə gördüyü işlərin mühüm rol oynadığını qeyd edib. Bundan sonrada Həmkarlar İttifaqı olaraq daim üzvlərimizin səsi olmağı daim inkişaf etməyi ən ümdə hədəflərimizdən olduğunu qeyd etmişdir.
Sonda iştirakçılara Beynəlxalq Layiqli Əmək Gününün ideyalarına sadiq qalaraq, əmək münasibətlərində həmrəyliyin və ədalətin qorunması çağırışı səsləndirilib.












