Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə marifləndirici tədbirlər keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək”mövzusu üzrə ümumtəhsil məktəblərində marifləndirici tədbirlər keçirilmişdir .9 oktyabr 2025-ci il tarixdə Əmrah Nəbiyev adına Tərkəş kənd tam orta ümumtəhsil məktəbində,10 oktyabr 2025-ci il tarixdə Arzu Əliyev adına Padar kənd tam orta ümumtəhsil məktəbində,13 oktyabr 2025-ci il tarixdə Əğasəf Əhmədov adına Muxas kənd tam orta ümumtəhsil məktəbində,14 oktyabr 2025-ci il tarixdə Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta ümumtəhsil məktəbində, tədbirlər keçirilmişdir.Tədbirlərdə ETİHİ Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, müəssisə rəhbərləri,gənc müəllimlər,IX,X,XI sinif şagirdləri iştirak etmişlər.
Narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri, mobil telefonlardan düzgün istifadə, alkoqollu içkilərin insan sağlamlığına təsiri mövzularına toxunulmuşdur .
ETİHİ Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov çıxış edərək sağlam gənc nəslin yetişdirilməsi üçün belə tədbirlərin keçirilməsinin vacib olduğunu, zərərli vərdişlərin olmaması üçün hər bir Azərbaycan vətəndaşının mübarizə aparmasını qeyd etdi. Digər çıxış edənlər belə marifləndirmə tədbirlərinin tez-tez keçirilməsini və tədir üçün öz minnətdarlıqlarını bildirmişlər.







