Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəb İlk Həmkarlar Təşkilatının sədrləri və təhsil işçilərinin iştirakı ilə geniş tədbir təşkil olunmuşdur.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsinin təşkilatçılığı ilə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəb İlk Həmkarlar Təşkilatının sədrləri və təhsil işçilərinin iştirakı ilə geniş tədbir təşkil olunmuşdur.
Tədbirin açılışında ETİHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov çıxış edərək 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllim və təhsil işçilərini təbrik etmişdir.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haxverdiyev, Humanitar məsələlər üzrə müavin Xoşqədəm xanım Alıyeva, Yeni Azərbaycan Partiyası Qubadlı Rayon Təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı Rayonu üzrə Təhsil Sektorunun müdiri Müşfiq Hüseynov, aparıcı məsləhətçi Zakir Qasımov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qubadlı Rayon Komitəsinin sədri Möhlət Orucov və təhsil işçiləri iştirak etmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən tədbir iştirakçıları müəllim peşəsinin yüksək dəyərlərindən, cəmiyyətin inkişafında müəllimlərin əvəzsiz rolundan danışıb.
Daha sonra bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə ETİHİ Qubadlı Rayon Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olundular.
Yemək masası arxasında xoş xatirələr yada salınmış, səmimi söhbət və müzakirələr aparılmışdır.
Sonda göstərilən diqqət, verilən dəyərə görə iştirakçılar ETİHİ Respublika Komitəsinin rəhbərliyinə dərin minnətdarlıq hissi bildirmiş, belə münasibətin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
İttifaq üzvləri adından göstərilən diqqətə görə AHİK-in sədri cənab Sahib Məmmədova, ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə təşəkkürümüzü bildiririk.



