“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabirabad Rayon Komitəsi 7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü münasibətilə bir neçə məktəbdə tədbir keçirmişdir.

21/10/2025, 11:16
xeber1

Layiqli Əmək Günü – Ədalətli əmək münasibətlərinə və insan ləyaqətinə hörmətin təntənəsi.

Bu gün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabirabad Rayon Komitəsi 7 oktyabr Beynəlxalq Layiqli Əmək Günü münasibətilə birneçə tam orta ümumtəhsil məktəbində ittifaq üzvlərinin və qonaq qismində ETİHİ Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynovun iştirak ilə dəyirmi masa ətrafında seminar keçirilmişdir. Hər il oktyabrın 7-də dünyanın bir çox ölkələrində Ümumdünya Layiqli Əmək Günü (World Day for Decent Work) qeyd olunur. Bu günün məqsədi — bütün insanlara layiqli iş şəraiti yaratmaq, əmək hüquqlarını qorumaq, sosial ədaləti və bərabər imkanları təşviq etməkdir.

Təhsil sahəsində isə layiqli əmək həm də müəllim və təhsil işçilərinin əməyinə hörmət, onların sosial rifahının yaxşılaşdırılması, peşəkarlığının artırılması və cəmiyyətin inkişafında rolunun dəyərləndirilməsi deməkdir.

Bu münasibətlə bütün əmək insanlarını, xüsusilə də təhsil işçilərini Layiqli Əmək Günü münasibətilə təbrik edir, hər birinə sağlam həyat, işlərində uğurlar və əməyinin layiqincə qiymətləndirilməsini arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: