“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqından Müqəddəs Ramazan Ayında Nümunəvi Addım

20/10/2025, 13:43
xeber1

14 mart 2025 - ci il tarixində ETİHİ Respublika Komitəsinin dəstəyi və ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Quba rayonunun Nazlı Bulaq istirahət mərkəzində Şabran rayon ümumtəhsil müəssisələrində çalışan bir qrup ittifaq üzvləri üçün iftar süfrəsi təşkil olunmuşdur.

Mübarək Ramazan ayında təşkil edilmiş bu xeyirxah tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları yad edilmiş, onların ailələri və Vətən müharibəsi Qaziləri üçün dualar edilmişdir.

Tədbirdə çıxış edən ETİHİ Şabran Rayon Komitəsinin sədri Seymur Qədəşov ittifaq üzvlərinə ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevin salamını xoş arzu və diləklərini çatdırmışdır.

Tədbirdə iştirak edən ittifaq üzvləri - Şabran Rayon Təhsil Sektorunun müdiri Emin Mövsümov, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi, şəhid anası Besxanım Balağayeva,Şabran rayon Ağbaş kənd tam orta ümumtəhsil məktəbin müəllimi Balabəy Quliyev, Şabran Rayon Təhsil Sektoru ilk həmkarlar təşkilatının sədri Rəşad Məmmədov çıxış edərək ittifaq üzvlərinə göstərilən diqqət və qayğıya görə AHİK sədri cənab Sahib Məmmədova və ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə dərin minnətdarlıqlarını bildirmişdilər.

Bu müqəddəs ayda tutulan orucların,edilən duaların qəbul olunması diləyi ilə Müqəddəs Ramazan ayınız mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: