“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə ETİHİ Astara Rayon Komitəsi tərəfindən Astara rayonun ucqar kəndlərində yerləşən təhsil işçiləri Peşə bayramı münasibətilə təltif olunmuşdur.

05/10/2025, 10:49
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə ETİHİ Astara Rayon Komitəsi tərəfindən 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə rayonun ucqar kəndlərində yerləşən təhsil müəssisələrində fəaliyyət göstərən ittifaq üzvləri təbrik olunmuşdur.

Komitə nümayəndələri təhsil müəssisələrinə səfər edərək müəllimlərin şərəfli əməyini yüksək qiymətləndirmiş, onlara səmimi təbriklərini və xoş arzularını çatdırmışlar. Görüş zamanı müəllimlərə gül dəstələri, hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.

Müəllimlər də bu əlamətdar gün münasibətilə onlara göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, təqdimat tədbirlərində ETİHİ Respublika Komitəsinin nümayəndəsi Əli Rzayev və ETİHİ Astara Rayon Komitəsinin sədri Cabir Hüseynov iştirak etmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: