“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil Nazirliyinin və tabe qurumlarının nümayəndələrinin “Təhsil” istirahət mərkəzinə infoturu təşkil olunub

17/08/2026, 14:27
xeber1

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilatçılığı ilə “Təhsil” istirahət mərkəzinə infotur təşkil olunub.

 

Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən mərkəzə baş tutan infoturda millət vəkili Vüqar İskəndərov, ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova, nazirliyin və tabe qurumların digər nümayəndələri iştirak ediblər.


Qonaqlar istirahət mərkəzində təhsil işçiləri üçün yaradılan şəraitlə yaxından tanış olub, mərkəzin infrastrukturu, istirahət və asudə vaxtın səmərəli təşkili üçün təqdim olunan imkanlar barədə ətraflı məlumat alıblar.

 

Mərkəzdə dincələn elm və təhsil işçiləri ilə görüş zamanı infotur iştirakçıları onların əhval-ruhiyyəsi və istirahət şəraiti ilə maraqlanıb, mərkəzdə yaradılmış şəraitlə bağlı təəssüratlarını dinləyiblər. Həmçinin mərkəzin fəaliyyəti və təhsil işçilərinin istirahət imkanlarının daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Tədbir zamanı ittifaq üzvlərinin təklif və mülahizələri diqqətlə dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: