Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar ittifaqı Neftçala rayon Komitəsinin sədri AƏSMA-da keçirilən təlimdə iştirak edib
02/03/2026, 17:35

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Əmək Məcəlləsində olan dəyişikliklər” mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində iştirakçılara əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib, yeniliklərin tətbiqi mexanizmləri izah olunub və praktik məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Təlimdə ETİHİ Respublika Komitəsinin əməkdaşları və üzv təşkilatların sədrləri iştirak ediblər.









