Xəbərlər
Elm və Təhsil İşçiləri Həmkarlar İttidaqı Mingəçevir Şəhər Komitəsi Azərbaycanın tarixi memarlıq mərkəzi olan "İçəri Şəhər"ə ekskursiya təşkil etmişdir.

04 04.2026- cı il tarixində 2026- cı ilin" Şəhərsalma və Memarlıq ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə ETİHİ Mingəçevir Şəhər Komitəsinin təhsil işçilərindən ibarət 20 nəfər ittifaq üzvü Azərbaycanın tarixi memarlıq mərkəzi olan "İçəri Şəhər"ə təşkil olunan ekskursiyada iştirak etdilər.
Ekskursiya zamanı ittifaq üzvləri tur bələdçisi ilə birlikdə İçəri Şəhərin tarixi abidəıərini,Şirvanşahlar Sarayı,Məhəmməd məscidi,Qız qalası,Bəylər məscidi və digər tarixi abidələr ilə yaxından tanış oldular.
Ekskursiyanın təşkilində təhsil işçilərinin asudə vaxtlarının gözəl və səmərəli keçirilməsi üçün şərait yaratdığına və dəstəyinə görə ETİHİ Mingəçevir Şəhər komitəsinin ittifaq üzvləri adından Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərlərinə dərin təşəkkürümüzü bildiririk.















