“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən maarifləndirici görüş keçirilib

03/04/2026, 12:12
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən 03 aprel 2026-cı il tarixində Tərtər şəhərində fəaliyyət göstərən Ağdam rayon 147 nömrəli ümumi orta məktəbdə maarifləndirici görüş təşkil olunmuşdur.

Görüşün keçirilməsində əsas məqsəd həmkarlar ittifaqı üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların sosial vəziyyəti və iş şəraiti ilə yaxından tanış olmaq, mövcud problemləri dinləmək olmuşdur.

Görüş zamanı iştirakçılara həmkarlar ittifaqının fəaliyyəti, əsas məqsəd və prinsipləri, üzvlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, həmkarlar ittifaqı əmək hüquqlarının qorunması, sosial rifahın yaxşılaşdırılması, iş şəraitinin təkmilləşdirilməsi istiqamətində daim fəaliyyət göstərir.

İştirakçılar tərəfindən səsləndirilən suallar ətraflı şəkildə cavablandırılmış, irəli sürülən təkliflər dinlənilmiş və qeydiyyata alınmışdır.

Sonda belə görüşlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanmış, həmkarlar ittifaqı ilə üzvlər arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunmuşdur.

Sosial şəbəkələrdə paylaş: